Niyazi Bayramov sakinlərin müraciətlərini dinləyib - FOTOLAR

08.06.2022 19:44     Sosreaksiya     494

Görüş V. Əliyev adına 12 nömrəli tam orta məktəbdə keçirilib.

Niyazi Bayramov sakinlərin müraciətlərini dinləyib
 
 
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin bütün bölgələrində olduğu kimi Gəncə şəhərində də sakinlərlə səyyar görüşlər mütəmadi şəkildə həyata keçirilir. Belə ki, şəhər rəhbərliyi tərəfindən sakinlərlə görüşlər təşkil olunur, onların şikayət və təklifləri dinlənilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə yaşadıqları ərazilərdə görüşərək, onları narahat edən məsələlərlə yerində tanış olur.
 
 
Növbəti belə görüş V. Əliyev adına 12 nömrəli tam orta məktəbdə keçirilib. Görüşdə millət vəkili Pərvin Kərimzadə, Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev və Eldəniz Xudiyev, idarə, müəssisə və təşkilat rəhbərləri, habelə ətraf ərazidə yaşayan sakinlər iştirak ediblər.
 
 
Görüşdən əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən 12 nömrəli tam orta məktəbin məzunlarının şəkillərinin yer aldığı lövhənin önünə tər çiçəklər düzülüb.
 
 
Qəbula gələn vətəndaşların şikayət və təklifləri tək-tək dinlənilib. Müraciətlərin əsasını işlə təminat, bir sıra küçələrdə asfalt örtüyünün salınması, yaşayış binalarının həyətlərinin abadlaşdırılması, müalicə, dam örtüyünün yenilənməsi, fərdi yaşayış evinin təmiri və digər məsələlər təşkil edib.
 
 
Səsləndirilən bir çox məsələ yerindəcə həllini tapıb, digərləri araşdırılaraq, qanunamüvafiq formada həll edilməsi üçün qeydiyyata götürülüb.
 
 
Qeyd edək ki, bütün keçirilən görüşlərin əsasında vətəndaş məmnunluğu dayanır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
2727
 

6 Paylaşım

 

 

Şərhlər