Əmək haqları və pensiyalar yenidən arta bilər

09.06.2022 13:10     Sosreaksiya     413

"2022-ci ilin dövlət büdcəsi tərtib olunub və proqnozlaşdırılarkən neftin bir barrelinin qiyməti 50 ABŞ dolları həcmində müəyyənləşib.

Hazırda neftin qiyməti 128 dolları keçib. Bu vəziyyət bizim iqtisadiyyatımız üçün çox önəmlidir".

Bu sözləri "ARB24"də yayımlanan "Nə Baş Verir?" verilişində qonaq olan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

O əlavə edib ki, proqnozdan artıq büdcəyə vəsait daxil olursa, büdcənin xərc hissəsinin artırılması həyata keçirilir:

"Gəlirlərimiz artırsa, ilk növbədə bu sosial xərclərə yönəlir. Azərbaycanda həssas sosial sfera var. Bura müharibə veteranları, təqaüdçülər və bu kimi kateqoriyadan olan insanlar daxildir.

Bütövlükdə sosial xərclər dedikdə isə əmək haqları, səhiyyə xərcləri və digərləri nəzərdə tutulur".

Reaksiya.az

Şərhlər