Rusiya qoşunları Belarusda yerləşdirilir

10.06.2022 15:36     Sosreaksiya     379

Hazırda Belarusun on yaşayış məntəqəsində rus qoşunları var.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik deyib.

“Rusiya qoşunları oradadırlar. Mən sizə dəqiq rəqəm deməyəcəyəm, amma rus bölmələri yerləşdirilib. Rusiya ordusunun hərbçilərinin olduğu təxminən on yaşayış məntəqəsi var. Bundan əlavə, biz Belarus ərazisində də yerləşdirilən “İsgəndər” operativ-taktiki raket sistemləri haqqında bilirik və bu, ərazimizə davamlı raket zərbələri təhlükəsi yaradır”, - Motuzyanik bildirib.

Reaksiya.az

Şərhlər