Bulvar ərazisinə 10 saniyəlik giriş 2 manatdır

13.06.2022 13:09     Sosreaksiya     354

Yarat İncəsənət Mərkəzi də daxil olmaqla, Bulvar ərazisinə giriş üçün avtomobillərdən 2 manat tələb edilir.

Reaksiya.az Axar.az-a istinadən  xəbər verir ki, bir neçə restoran, mədəniyyət mərkəzinin cəmləşdiyi əraziyə parklanma üçün deyil, yalnız tədbirdə iştirak edən şəxsi gətirərək və dayanmadan geri çıxmaq da nəzərə alınmır. Yəni şəxs orda mədəni-kütləvi tədbirə dəvətlidirsə, taksi ilə gəldikdə 2 manat da taksinin içəri girməsinə görə ödəyir.

Dənizkənarı Bulvar İdarəsinin idarə heyəti sədrinin müşaviri Könül İmamverdiyeva saytımıza açıqlamasında bildirib ki, əraziyə maşının parkinq edilib-edilməməsinin onlar üçün fərqi yoxdur:

“Bəli, bizim əraziyə daxil olub-çıxmaq 2 manatdır. Yəni fərq etmir ki, orda bir neçə saniyə, yoxsa bütün sutka ərzində maşın qalacaq. Bizim parklanmanın bir üstünlüyü var ki, 2 manat ödəməklə nəqliyyat ərazidə 24 saat qala bilər”.

Reaksiya.az

Şərhlər