“Telegram” istifadəçilərinə pis xəbər

13.06.2022 14:01     Sosreaksiya     279

"Telegram” ödənişli olacaq.
 
 "Telegram Premium” ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
 
Məşhur mesajlaşma proqramı "Telegram Premium” adlı abunə səviyyəsi ilə daha çox üstünlüklər təqdim edəcək.Belə ki, "Telegram Premium” abunəçiləri genişlənmiş reaksiyalar dəstini (bəyəndikləri yazı və ya mesajı qeyd etmək üçün istifadə edilə bilən smayliklər), həmçinin tam ekranlı stiker seçim pəncərəsinə çıxış əldə edəcəklər.
 
Son sızmalara görə, Telegram Premium abunə qiyməti ayda 4,99 dollar olacaq. Sızdırılan xüsusiyyətlər arasında fayl ölçüsündən tutmuş premium stikerlərə qədər geniş çeşiddə yeniliklər seçilir. Ancaq ödəməyə dəyər xüsusiyyətlərdən biri hesab limitinin genişləndirilməsidir. İddiaya görə, tək hesabla 1000-ə qədər kanal, 20 söhbət, 10 mesaj bağlamaya icazə veriləcək. Bunlara əlavə olaraq tək tətbiq vasitəsilə 4 hesabla daxil olmaq mümkün olacaq.
 
Hesab limitlərinin artırılması daha çox GIF, sevimli stikerlər və keçid pin imkanlarını təqdim edəcək.
 
Xatırladaq ki, "Telegram” hazırda maksimum 2 GB-a qədər faylları yükləməyə imkan verir. Premium ilə bu limit 4 GB-a qədər artacaq. Həmçinin, media və sənədlər üçün yükləmə sürəti limitsiz olacaq.
 

Şərhlər

Çox oxunanlar