Xilasa aparan yol

14.06.2022 13:02     Sosreaksiya     422

1980-ci illərin sonunda SSRİ-nin yeganə kommunist partiyası  içəridən  dağılmağa  doğru gedirdi. Kommunist partiyasının rəhbəri  SSRİ-nin dağılmasına imza atan Mixayl Qarbaçov partiyanın liderlərindən olan Ümumilli liderimizi müxtəlif qarayaxmalarla vəzifədən uzaqlaşdırmağa cəhd edirdi.Belə münasibəti  görən Sovet İttifaqı  Kommunist Partiyası  Mərkəzi  Komitəsi  Siyasi  Bürosunun  üzvü , SSRİ Nazirlər  Soveti  sədrinin  1-ci müavini  Heydər Əliyev özü istefa ərizəsi yazaraq vəzifəsindən getmək üçün müraciət etdi. İstefa verdikdən sonra Naxçıvana qayıdaraq 1991-1993 cü illərdə Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin sədri  vəzifəsində çalışırdı .

1991-ci ildə Azərbaycan  öz müstəqilliyini ikinci dəfə əldə etdikdən sonra  xarici və daxili qüvvələr  Azərbaycanı  parçalamaq və müstəqil  dövlət kimi dünya xəritəsindən  silmək  istəyirdilər . 1993-cü ilin iyunun əvvəllərində qiyam baş verdi . Azərbaycan Dövlətçiliyi təhlükə  qarşısında idi. Bu zaman xalq ayağa qalxaraq Ulu Öndərimizin hakimiyyətə gəlməsinin təkid etdi. Bunu görən  Heydər  Əliyev   15 iyun 1993-cü paytaxda qayıtdı. Məhz bugün  15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. 15 İyul  1993-cü ildə Azərbaycan Respublikası  Ali Sovetinin sədri seçildi.

Heydər Əliyevin adı tariximizə həm də Azərbaycanın böyük xilaskar oğlu kimi düşüb. Ali Sovetin sədri seçildikdən sonra dahi lider xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürərək  Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına və inkişafına  təməl qoydu.  Məhz  Ümumilli Liderin müdrikliyi və qətiyyəti  sayəsində  Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi  inkişaf edərək  dünya  siyasətində öz sözünü deyən dövlətə çevrildi .Milli Ordunun  formalaşmasının təməlini qoyaraq  Silahlı Qüvvələrin  torpaqlarımızın müdafiyə olunması  istiqamətində  mühüm addımlar atıldı. Heydər Əliyevin  görmək istədiyi çiçəklənən , inkişaf etmiş  Azərbaycanı onun layiqli davamçısı Azərbaycan xalqının sevimlisi  Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyev cənabları  uğurla ərsəyə gətirir.

Bunun nəticəsi olaraq Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimiz  işğal altında olan ərazilərimizi azad  edilərək,  30 ilə yaxın qaçqın həyatını  yaşayan soydaşlarımızın öz doğma yurdlarına qayıtmasının təməli qoyuldu.

Ulu Öndərimizin siyasətini uğurla həyata  keçirən  Prezident  İlham Əliyev  ölkəmizi  dünyanın dinamik inkişaf edən, modernləşən, nüfuzu gündən-günə artan  dövlətə çevirib . Bu gün Azərbaycan  Xalqı  əmindir ki, Ulu Öndərin layiqli davamçısı İlham Əliyev cənablarının rəhbərliyi ilə dövlətimiz daha yüksək zirvələr fəth edəcək . 

Milli  Qurtuluş  Günün  Mübarək  !

Aris Məmmədov

 

Şərhlər