Selçuk Bayraktar Azərbaycan xalqını təbrik etdi

15.06.2022 13:49     Sosreaksiya     397

Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bu barədə o, tviter hesabında paylaşım edib:

“Bu il dastanlara mövzu olan “Bir millət, iki dövlət” şüarına “Texnofest Azərbaycan” ilə birlikdə bir festival əlavə etdik. Qardaşlığımızın hər keçən gün daha da gücləndiyi can Azərbaycanın 15 İyun - Milli Qurtuluş Gününü təbrik edirəm”.

Reaksiya.az

Şərhlər