ÜST-dən sağlam dünya üçün MÜHÜM TƏKLİF

17.06.2022 12:50     Sosreaksiya     133

“Biz keçirdiyimiz təşvişlərdən birdəfəlik çıxmalıyıq. Dünyanın sağlam olunması sahəsində 300-dən çox təkliflər verilib”.

“Report”un xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyənin idarə edilməsi” adlı paneldə deyib.

Onun sözlərinə görə, burada beynəlxalq alətlərin də işləməsi lazımdır: “Beynəlxalq tənzimləyici mexanizmlər belə xəstəliklərin qabaqlanması sahəsində beynəlxalq sənədlərə tənzimlənməlidir”.

ÜST rəhbəri qeyd edib ki, səhiyyə sahəsində ortaq yanaşmalar olsa bütün məsələlər nəzəratdə saxlanıla bilər: “ÜST beynəlxalq sazişlərin hazırlanması istiqamətində 10 təklif verib. Pandemiya zamanı müəyyən təlatümlar yaşanıb. ÜST dövlət başçılarından ibarət şuranın yaradılmasını təklif edir. Bu, çox vacib təklifdir”.

Baş direktor xatırladıb ki, keçən ay keçirilən iclasda ÜST-ün büdcəsinin 50 faiz artırılması barədə qərar çıxarılıb: “Bu da hökumətlərə daha yaxşı xidmətlərin göstərilməsi üçün istifadə olunacaq”.

T.Qebreyesus söyləyib ki, ÜST səhiyyə sistemin gücləndirilməsi üçün hökumətlərə kömək göstərəcək.

Reaksiya.az

Şərhlər