Mehdiyev DTX-nin saxladığı generalı işdən çıxardı

22.06.2022 18:18     Sosreaksiya     363

Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" birliyinin direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov işdən çıxarılıb.

Reaksiya.az Unikal-a istinadən xəbər verir ki, bununla bağlı DGK-nin sədri Səfər Mehdiyev əmr imzalayıb.

Qeyd edək ki, bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidməti Dövlət Gömrük Komitəsində əməliyyat keçirib. Əməliyyat nəticəsində Ehtiram Xəlilovun saxlanıldığı iddia edilir.

Reaksiya.az

Şərhlər