Xersonda Rusiyayönümlü administrasiya rəhbəri öldürüldü

24.06.2022 12:17     Sosreaksiya     458

Rusiya tərəfindən ələ keçirilən Ukraynanın Xerson şəhərində avtomobil partladılıb.

“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, avtomobilin Rusiyayönümlü hərbi-mülki administrasiyanın gənclər siyasəti üzrə idarənin direktoru Dmitri Savluçenkoya məxsus olduğu bildirilib. 

İlkin məlumata görə, hadisə nəticəsində Savluçenko dünyasını dəyişib.

 

 
 

Şərhlər