QAN DONDURAN İDDİA: "Qadınları aparıb təcavüz edib, videolarını çəkib..." - VİDEO

26.06.2022 14:35     Sosreaksiya     664

"Xəbər göndərirlər ki, ay oğlancığaz biz hər şeyi planlamışıq, aclığı dayandır."

Bu sözləri Reaksiya TV-nin efirində "Alternativ" verilişinində qonaq olan GAİB başqanı Əjdər Tağızadə jurnalist Zaur Qəriboğlunun "İranı yenidən vəcdə gətirən səbəblər nələrdir?" sualını cavablandırarkən deyib.

"İrandan Taleh Bağırzadəyə xəbər göndərirlər ki, sən narahat olma, aclığı dayandır. Biz hər şeyi planlamışıq. Nəyi planlamısınız?! Siz burdan qadınları-qızları aparıb təcavüz edib, videoya çəkdikdən sonra göndərirsiniz Azərbaycana. İndi də onları öz məqsədləriniz üçün istifadə edirsiniz" - deyə Əjdır Tağızadə bildirib.

Şadman Şahbazlı

Reaksiya.az

Şərhlər

Çox oxunanlar