Yeddi il əvvəl ölən adam “radara düşdü”

05.07.2022 12:43     Sosreaksiya     283

İsmayıllıda yeddi il əvvəl ölmüş şəxsin adına cərimə protokolu göndərilib.

Əsgər Canaliyevin ailəsi evlərinə gələn bu məktubdan narahat olublar.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən  "Xəzər TV"yə bildirib ki, həmin tarixdə Türkiyəyə məxsus yük avtomobili qayda pozuntusu törədib. İdarənin mərkəzi informasiya sistemində Türkiyəyə məxsus avtomobillərin qeydiyyatı mövcud olmadığından həmin elektron protokol eyni nömrədə olan nəqliyyat vasitəsinin sürücüsünün adına qeydiyyata alınıb. Sonradan bu texniki səhv aradan qaldırılıb.

Vəfat etmiş şəxsin adına gələn elektron qərarda göstərilir ki, Canaliyev Əsgər Biniyət oğlu bu il iyun ayının 19-da Abşeron-Aşağı Güzdək yolunun 35-ci kilometrliyində avtomobillə radara düşüb. Və o, 50 manat məbləğində cərimələnib. Mərhum Əsgər Canaliyevin oğlu Xəqani Canalıyev bildirir ki, məsələnin belə olması onu çox narahat edib.

Reaksiya.az

Şərhlər