QMİ sədri: "Özünü döymək, qan çıxarmaq, zəncir vurmaq Aşura ənənələrinə ziddir"

08.08.2022 12:31     Sosreaksiya     110

"Özünü döymək, qan çıxarmaq, zəncir vurmaq Aşura ənənələrinə ziddir".

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

"Bu gün Aşura günündə mənimlə bərabər, digər dinlərin nümayəndələri də qan verir. Bu o deməkdir ki, Azərbaycanda heç bir dini ayrı-seçkilik yoxdur. Bəzi insanların İmam Hüseynin adından istifadə edərək İslamın daxilində ayrıseçkilik yaratması düzgün deyil. İnsanlar gəlib bir yerdə İmam Hüseyni yad etmək istəyirlərsə, onlar ruhən sakit olmalıdırlar", - o bildirib. 

Reaksiya.az

Şərhlər