“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun ittiham oldunduğu maddələr bilinib

08.08.2022 13:15     Sosreaksiya     145

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan “Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikovun hansı maddələr üzrə ittiham olunduğu məlum olub.

APA-nın əldə etdiyi xəbərə görə, şirkət rəhbəri Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.

Səbail Rayon Məhkəməsində Əbülfəz Məlikov barəsində istintaq orqanı tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Məhkəmənin qərarı ilə Əbülfəz Məlikov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Reaksiya.az

Şərhlər