Zəngəzur yolu nəzarətə götürüldü - ermənilər narazıdı

08.08.2022 14:00     Sosreaksiya     323

Rusiya sülhməramlı qüvvələri Zəngəzur-Ağarak yolunu nəzarətə götürüb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, Zəngəzur-Ağarak yolundan keçən Ermənistan vətəndaşları sülhməramlılar tərəfindən saxlanılaraq yoxlanılır. Həmin yoldan isitifadə edən Ermənistan vətəndaşları çətinliklə üzləşdiklərini deyərək, hakimiyyət orqanlarına narazılıqlarını ifadə ediblər.

Hökumət isə hələlik heç bir izahat verməyib. 

Qeyd edilib ki, bu, artıq Zəngəzurda üçüncü maneədir və belə yolların ikisinə Azərbaycan nəzarət edir.

Bununla yanaşı, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları da sürücüləri saxlayıb, əsir düşməmək üçün onları ehtiyatlı olmağa, avtomobilləri ərazidən sürətlə uzaqlaşdırmağa çağırıb.

Reaksiya.az

Şərhlər