Qarabağda iki erməni hərbçi yaralandı

09.08.2022 13:06     Sosreaksiya     595

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin iki üzvü yaralanıb.

Bu barədə Xankəndidəki qondarma rejimin tör-töküntüləri məlumat yayıb.

Hadisə avqustun 8-də qeydə alınıb. Qanunsuz erməni silahlı dəstəsinin üzvləri - Qurgen Danielyan və Artur Aruşanyan partlayıcı maddələrdən istifadə qaydalarının pozulması və təhlükəsizlik tədbirlərinə əməl edilməməsi nəticəsində xəsarət alıblar.

Reaksiya.az

Şərhlər