Əvəz Zeynallının şikayəti təmin edilmədi

13.09.2022 12:18     Sosreaksiya     142

Jurnalist Əvəz Zeynallı barəsində seçilən həbs qətimkan qərarından verilən apellyasiya şikayətinə baxılıb.

 Ə.Zeynallının şikayəti təmin olunmayıb.

Qeyd edək ki, sentyabrın 11-i saat 4 radələrində Binəqədi Rayon Məhkəməsi tərəfindən Əvəz Zeynallı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onun haqqında Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə cinayət işi başlanıb. O, “Baku Steel Company” poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham olunur.

Reaksiya.az

Şərhlər