“Neftçi”nin legionerindən bəd xəbər

30.11.2015 17:23     Sport reaksiya     2551

Əsgər Abdullayevin baş məşqçi postuna keçməsindən sonra hər iki görüşdə qələbə qazanan “Neftçi” zədəli futbolçuların çoxluğundan əziyyət çəkir.

Reaksiya.az Apasport.az saytına istinadən xəbər verir ki, “ağ-qaralar” 3 oyunçunun xidmətindən məhrumdular.

Türkiyədə əməliyyat olunan Məqsəd İsayevin 10 gündən sonra yaşıl meydanlara qayıdacağı bildirilir. Onunla yanaşı, Antonio Quinta da “Neftçi”yə kömək edə bilmir. Məşqlərdə iştirak etməyən “Anyete” ləqəbli forvard müalicəsini Bakıda davam etdirir. Hər iki futbolçu ölkə çempionatının XV turu çərçivəsində “Zirə” ilə qarşılaşmanı buraxacaq.

İsayev və Quintadan fərqli, kapitan Araz Abdullayev kollektivlə birgə məşqlərdə iştirak edir. Əvvəlcə 3 həftəlik sıradan çıxdığı bildirilən, ancaq sonra məşqdə zədəsini təzələyən 23 yaşlı yarımmüdafiəçinin “Zirə”yə qarşı oynamaq ehtimalı böyükdü. Əsgər Abdullayevin həmsoyadına bu tur da istirahət verib, növbəti matçda onun xidmətindən yararlanağı da istisna edilmir.

Qeyd edək ki, 14 turdan sonra 19 xal toplayan “Neftçi” hazırda turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. 

Şərhlər