"Real Madrid"in azarkeşlərinə bəd xəbər

03.12.2015 10:34     Sport reaksiya     2113

"Real Madrid" İspaniya kuboku çərçivəsində 3-cü diviziondan olan "Kadis" komandası ilə keçirilən oyunda Denis Çerışevın meydana çıxmasına görə turnirdən xaric oluna bilər.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, oyun "Real"-ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı oyunun 3-cü dəqiqəsində Çerışev açıb. Bu qol onun komandada vurduğu ilk qol olub. Daha sonra 66 və 74-cü dəqiqələrdə İsko fərqlənib. "Kadis"-in yeganə qolunu isə 88-ci dəqiqədə Kike Markez vurub.

Qeyd edək ki, rusiyalı keçən mövsüm "Villareal"ın heyətində çıxış edərkən, martın 4-ü "Barselona"ya qarşı keçirilən İspaniya kubokunun yarımfinal oyununda sarı kart alıb. Həmin kart ötənilki turnirdə onun üçüncü kartı olub. Buna görə turnirin növbəti oyununu Çerışev buraxmalı idi. Məhz bu oyun da, "Kadis"ə qarşı olan oyuna təsadüf edib.

Bundan başqa, "Real"ın ehtiyyat oyunçuları sırasında Borxa Mayoral da yer almışdır. O isə, keçən il yeniyetmələr arasında keçirilən eyni turnirdə qırmızı kart alıb.

Beləliklə, Madrid klubu turnirin 1/16 finalının ilk oyunundan sonra İspaniya kubokundan xaric olunma təhlükəsi ilə üzləşib.

 

Şərhlər