Azərbaycan Kuboku: 1/4 finalın bütün cütlükləri bəlli olub

04.12.2015 03:13     Sport reaksiya     1911

Azərbaycan Kubokunda 1/8 final mərhələsi oyunlarına yekun vuruldu. Reaksiya.az-ın məlumatına görə, “Bayıl Arena”da keçirilən “Rəvan” – “Bakı” görüşündən sonra bütün 1/4 finalçılar məlum olub.

Belə ki, I Divizion təmsilçisi “Bakı”nı məğlub edən “Rəvan” da adını bu mərhələyə yazdırıb.

1/4 final mərhələsindəki cütlüklər aşağdakı kimi müəyyənləşib:

“Qarabağ” –  “Sumqayıt”

“Xəzər Lənkəran” – “Neftçi”

“Zirə” –  “Qəbələ”

“Rəvan” – “İnter”

Qeyd: İlk oyunlar 2 mart, cavab qarşılaşmaları isə 9 mart tarixlərində keçiriləcək.

Şərhlər