Arda Turan ilin adamı seçildi

04.12.2015 10:26     Sport reaksiya     2143

Türkiyə millisinin və İspaniyanın "Barselona" klubunun futbolçusu Arda Turan vətənində "İlin adamı" seçilib.

Reaksiya.az "Report"a istinadən xəbər verir ki, o, "GQ Türkiyə" jurnalı tərəfindən bu ada layiq görülüb.

Jurnalın təşkil etdiyi tədbirdə Turana mükafatı Türkiyə Basketbol Federasiyasının icraçı direktoru Hidayət Türkoğlu təqdim edib.

Futbolçu çıxışında onun uğurunda böyük pay sahibi olan ailəsi, dostları və rəfiqəsinə təşəkkür edib.

Şərhlər