Millimizin heyəti açıqlandı

07.12.2015 18:12     Sport reaksiya     1989

Futzal üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində çıxış edəcək heyəti açıqlanıb.

Reaksiya.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yığmamızın qarşıdakı oyunları üçün 14 futzalçıya dəvət göndərilib. 

Həmin oyunçular bunlardır: Rövşən Hüseynli, Elnur Zamanov, Rizvan Fərzəliyev, Vitali Borisov, Rafael Durval, Augusto Sesar, Amadeu Fernandes, Ramiz Çovdarov, Samir Həmzəyev, Zeynal Zeynalov, Fineo de Araujo, Andre Junior de Campos, Eduardo Mello Borges, Sergey Çuykov

Millimizin seçmə mərhələdə keçirəcəyi oyunların təqvimini bir daha diqqətinizə çatdırırıq:

10 dekabr

20:00. Azərbaycan – İsveç

11 dekabr

20:30. Belarus – Azərbaycan

13 dekabr

22:30. Azərbaycan – Xorvatiya

Qeyd edək ki, bütün oyunlar Xorvatiyanın Osiyek şəhərindəki Dvorana Gradski VRT idman kompleksində keçiriləcək.

Şərhlər