“Qarabağ”ın oyununa 17 min bilet satıldı

09.12.2015 11:34     Sport reaksiya     2101

Avropa Liqasinin qrup mərhələsinin sonuncu turu çərçivəsində sabah baş tutacaq “Anderlext” (Belçika) – “Qarabağ” (Azərbaycan) oyununa bilet satışı davam edir.

Reaksiya.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, indiyədək 17 min bilet satılıb. Satışda isə cəmi 1500 bilet var.

Qeyd edək ki, "Konstant Vandenstok" stadionu bütövlükdə 28 000 azarkeş tutumuna malikdir. Amma avrokubok oyunlarında arenanın tutumu 21 845 nəfər olur. Həmçinin, qonaq komanda üçün nəzərdə tutulan fan-sektorun boş qalacağı da bildirilir.

"Anderlext" - "Qarabağ" matçı dekabrın 10-dan 11-nə keçən gecə keçiriləcək və saat 00:05-də start götürəcək.

Şərhlər

Çox oxunanlar