"Karşıyaka" Kamran Ağayevlə yollarını ayırdı

09.12.2015 16:15     Sport reaksiya     2072

Türkiyənin "Karşıyaka" klubu futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevlə yollarını ayırıb.

Reaksiya.az "Report"a istinadən xəbər verir ki, buna 29 yaşlı qolkiperin Azərbaycan klublarından biri ilə anlaşması səbəb olub. 

Bir neçə gün öncə Bakıda olduğu vaxt Ağayev həmin kluba razılıq əldə edib. O, 35 min dollar alacağından imtina edərək "yaşıl-qırmızılar"la vidalaşıb. 

Qeyd edək ki, Kamran Ağayev "Karşıyaka"ya yayda böyük ümidlərlə transfer edilib. Lakin təcrübəli qapıçı gözlənilənləri ortaya qoya bilməyib. O, 13 matçda 20 top buraxıb. 

Şərhlər