Taekvondoçularımız dünya çempionatının qalibi oldu - FOTOLAR

10.12.2015 10:58     Sport reaksiya     2049

Taekvondo üzrə kişilərdən ibarət Azərbaycan millisi komandalararası dünya çempionatının qalibi olub. 

Reaksiya.az Oxu.Az-a istinadən xəbər verir ki, yığma komandamızın baş məşqçi Reza Mehmandosut və böyük məşqçi Elnur Amanovun yetirmələrindən Məhəmməd Məmmədov,Ayxan Tağızadə,Sina Bahrami,Səid Quliyev,Milad Beigi Hərçəqanı və Radik İsaev  ilk görüşünü Belçika yığma komandasına qarşı keçirib.

Qarşılaşmada milli komandamız 57-31 hesabı ilə qalib gəlib.Növbəti döyüşdə Özbəkistan komandasına da şans verməyən təmsilçilərimiz  (31-11) qrup mərhələsində yerlərini möhkəmlətmiş olublar.

Qrup lideri kimi yarımfinala adlayan yığmamız Cənubi Koreyanı təmsilçiləri ilə görüşdə  48-30 hesablı qələbə qazanaraq finala vəsiqəni təmin edir.

Dünya kuboku uğrunda final döyüşündə güclü İran millisi ilə qarşılaşan komandamız rəqib üzərində inamlı qələbə qazanaraq (42-23) dünya kubokuna sahib çıxıblar. Cənubi Koreya və Rusiya komandaları isə bürünc medala layiq görülüblər.

Azərbaycanın Taekvondo Federasiyasının (ATF) milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Meksikaya yollanan komandamız 14 dekabrda vətənə dönəcək.

Şərhlər