“Real” Mourinyonu qaytarmaq istəyir

11.12.2015 17:45     Sport reaksiya     2122

Madridin “Real” futbol klubu Joze Mourinyonu yenidən komandaya cəlb etmək istəyir.

Reaksiya.az AzərTac-a istinadən xəbər verir ki, paytaxt klubunun prezidenti Florentino Peres şəxsən özü portuqaliyalı məşqçinin kluba qaytarılmasına böyük maraq göstərir.

F.Peres əminliklə bildirib ki, Mourinyo dünyada bir nömrəli məşqçidir.

Məlum olub ki, onlar arasında həm də dostluq münasibəti mövcuddur. Yaxın vaxtlarda klub rəhbərliyi bu istiqamətdə 52 yaşlı məşqçı ilə danışıqlara başlayacaq.

Şərhlər