Afrikanın ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşdi

15.12.2015 05:16     Sport reaksiya     1866

Afrika Futbol Konfederasiyası ilin ən yaxşısı adına namizədlərin siyahısını açıqlayıb.

Reaksiya.az-ın “Eurosport”-a istinadən verdiyi məlumatına görə, “Qara qitə”nin ən yaxşı futbolçusu olmağa 3 namizəd qalıb.

Belə ki, 10 namizəddən finala Pyer-Emerik Obameyanq ("Borussiya" Dortmund, Qabon), Andre Ayyu ("Suonsi", Qana) və Yaya Ture ("Mançester Siti", Fil Dişi Sahili) çıxıb.

Qalibin adı yanvarın 7-də açıqlanacaq.

Şərhlər