Azərbaycan millisinin idmançısında dopinq tapıldı

16.12.2015 10:40     Sport reaksiya     2043

ABŞ-ın Hyuston şəhərində ağırlıqqaldırma üzrə keçirilən dünya çempionatında dopinqdə “ilişən” idmançıların siyahısı açıqlanıb.

Reaksiya.az apasport.az-a istinadən xəbər verir ki, analizi müsbət cavab verən 4 atletdən biri Azərbaycan millisinin idmançısıdır.

Belə ki, apreldə 2 illik diskvalifikasiya müddəti başa çatan milliləşdirilmiş legionerimiz Silviya Angelovanın orqanizmində yenidən istifadəsi qadağan olunan preparat aşkar olunub. Bolqarıstan əsilli, 33 yaşlı atletin B testi müsbət nəticələndiyindən A testindən keçmək məcburiyyətindədir. Əgər bu sübuta yetirilərsə, 48 kq çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Silviya ömürlük cəzalandırıla bilər.

Qeyd edək ki, noyabrın 20-28-də ABŞ-da keçirilən mundialda Angelova cəmi 5 rəqibini qabaqlayaraq, 34-cü olmuşdu və komandamızın aktivinə xal yazdıra bilməmişdi.

Həmçinin, Avro-2012-də bürünc və Avro-2013-də gümüş medal qazanan idmançının qanında turinabol tapıldığından nəticələri ləğv edilmişdi. Məhz həmin vaxt o 2 illik cəzalanmışdı.

Şərhlər

Çox oxunanlar