"Real Madrid" və "Barselona" cəzalandırıla bilər

16.12.2015 13:58     Sport reaksiya     2078

Vəzifəsindən kənarlaşdırılan FİFA prezidenti Yozef Blatter deyib ki, “Real Madrid” və “Atletiko Madrid” klubları cəzalandırıla bilər.

Reaksiya.az-ın ANS PRESS-ə istinadən veridyi məlumata görə, Blatter baş futbol qurumunun nizam-intizam komitəsi tərəfindən Madrid klubları ilə bağlı bəzi məsələlərin araşdırıldığını deyib. 

Blatter qeyd edib ki, Madrid klublarının etdiyi səhvi “Barselona” da edə bilər. Əgər bu aşkar olunsa, klublar cəzalanmalıdır. 

“FİFA-nın nizam intizam komitəsi “Real”, “Atletiko” və “Barselona”nın yol verdiyi pozuntuları araşdırır. Əgər pozuntular aşkar olunsa, klublar sərt cəzalanmalıdır”. 

İddiaya görə, adıçəkilən klublar lipa oyunçulardan (futbolçunun yaşının süni sürətdə artırılması) istifadə edirlər. 

Şərhlər