"Çelsi"yə yeni baş məşqçi gəldi

18.12.2015 17:19     Sport reaksiya     2091

“Çelsi”yə yeni baş məşqçi təyin olunub. 

Reaksiya.az xəbər verir ki, Rusiyanın sabiq baş məşqçisi hollandiyalı Qus Hiddink “Çelsi”də Joze Mourinyonu əvəz edəcək. Bu barədə "De Telegraaf" "Tvitter" səhifəsində paylaşıb.

69 yaşlı mütəxəssis Londonda klubun rəhbəri Roman Abramoviçlə görüşəcək. Hiddink mövsümün sonuna qədər komanda ilə müqavilə bağlayacaq. 

Şərhlər