Ronaldo onun arzusunu reallaşdırdı

19.12.2015 06:07     Sport reaksiya     1889

Ronaldonun Beyrutda baş verən terror aktında hər iki valideynini itirmiş Heydərlə görüşəcəyi barədə xəbər vermişdik.

Reaksiya.az goal.az-a istinadən xəbər verir ki, azyaşlı "Real" və Ronaldo azarkeşinin arzusu yerinə yetib. Klubun prezidenti Fiorentino Peres Tərəfindən Madridə dəvət olunan Heydər Ronaldo ilə görüşüb.

Xatırladaq ki, Livanlı Heydər valideynlərini itirdiyi partlayışda özü də yaralanmışdı. Xəstəxanada olanda valideynləri barədə verilən suala "Onlar hələ maşındadı" deyə verdiyi ürək ağrıdan cavab sosial şəbəkələrdə geniş yayılmışdı.

Şərhlər