Azərbaycanlı döyüşçü Kadırovla şam yeməyində - FOTO

19.12.2015 11:16     Sport reaksiya     2053

Məşhur azərbaycanlı kikboksçu Zabit Səmədov Çeçenistan respublikasının prezidenti Ramzan Kadırov ilə birgə şam yeməyi yeyib. 

Reaksiya.az Oxu.Az-a istinadən xəbər verir ki, idmançımız “İnstaqram” səhifəsində Ramzan Kadırov ilə şəkil paylaşıb. 

Səmədov, “Qardaşımla gecikmiş şam yeməyi” yazaraq şəkli izləyiciləri ilə bölüşüb. 

Qeyd edək ki, azərbaycanlı kikboksçu Zabit Səmədov dekabrın 26-da Çeçenistan Respublikasının paytaxtı Qroznıda döyüş keçirəcək. “Qroznoy bitı 13” çərçivəsində onun rəqibi polyak idmançı Pol Slavinski olacaq.

Ramzan Kadırov ilə dost olan Zabit Səmədov son illər ərzində üçüncü dəfədir ki, Qroznıda rinqə çıxıb.

 

 

Şərhlər