“Barselona” dünya çempionu oldu - VİDEO

21.12.2015 03:13     Sport reaksiya     2033

Yaponiyada keçirilən klublararası dünya çempionatının qalibi müəyyənləşib.

Reaksiya.az futbolinfo.az-a istinadən xəbər verir ki, həlledici oyunda İspaniya nəhəngi "Barselona" və "River Pleyt" (Argentina) komandaları üz-üzə gəlib.

İspanlar meydanı 3:0 hesabı ilə qalib tərk edib. Bununla da, son İspaniya çempionu dünya kubokuna da sahib çıxıb.

Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə Yaponiyanın "Hiroşima" klubu "Quanqjou"nu (Çin) 2:1 hesabı ilə üstələyib.

Şərhlər