Joze Mourinyo Lui van Qalı əvəzləyə bilər

22.12.2015 00:47     Sport reaksiya     1922

Joze Mourinyonun işsiz günləri uzun sürməyəcək. Reaksiya.az-ın İngiltərə mətbuatına istinadən məlumatına görə, “Çelsi”nin baş məşqçi postundan yenicə istefaya göndərilən portuqaliyalı mütəxəssis bundan sonra da İngiltərədə çalışacaq.

Yerli KİV onun “Mançester Yunayted”lə artıq anlaşdığını iddia edib. Əgər “qırmızı şeytanlar” qarşıdakı iki turda “Stok Siti” və “Çelsi”ni məğlub edə bilməsə, o zaman hazırkı baş məşqçi Lui van Qalla yollar ayrılacaq. “Mankunianlar” Çempionlar Liqasında da mübarizəni dayandırdıqlarından, van Qalın ən geci qış fasiləsində yola salınması gözlənilir. Rəhbərliyin hətta onun 7 milyon avroluq təzminatını ödəməyə hazır olduğu da bildirilir.

Mourinyonun ən geci qış fasiləsində “Mançester Yunayted”lə 5 illik müqavilə imzalaması gözlənilir. Çünki tərəflər arasında artıq bununla bağlı ilkin razılıq əldə edilib.

Şərhlər