“Devalvasiya Formula 1-in büdcəsinə təsir etməyib” - Azad Rəhimov

22.12.2015 15:58     Sport reaksiya     2273

Manatın devalvasiyası Azərbaycanda 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarının və 2016-cı ildə keçiriləcək Formula 1 yarışının büdcəsinə heç bir təsir göstərməyib.

Reaksiya.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, hər iki yarışın büdcəsi artıq təsdiq olunub, yarışların büdcəsi əvvəldən dollarla hesablanıb, büdcədə hər hansı dəyişiklik gözlənilmir. A.Rəhimov əlavə edib ki, hər iki yarışın idmançıları yarışlarda öz hesablarına iştirak edəcəklər.

Şərhlər

Çox oxunanlar