FİFA hakimlərimizin 2016-cı il üçün siyahısı açıqladı

25.12.2015 14:54     Sport reaksiya     2158

2016-cı il üçün Azərbaycanın FİFA hakimlərinin siyahısı təsdiqlənib. 

"Reaksiya" AzərTac-a istinadən xəbər verir ki, ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək hakimlərin adları artıq FİFA tərəfindən də təsdiqlənərək, AFFA-ya müsbət cavab göndərilib.

Ötən il olduğu kimi yenə siyahıda 22 azərbaycanlı referi yer alıb. Bir il əvvəl FİFA-nın açıqladığı siyahı ilə müqayisədə yeganə dəyişiklik futzalla bağlı olub. 2014-cü ilin dekabrındakı məlumatda Xəlil Hüseynlinın adı var idisə, sonradan qəzada həyatını itirən referini Fərid İslamov əvəzləyib.

Ümumilikdə isə siyahıya üç FİFA hakimi, altı assistenti, dörd futzal, üç çimərlik futbolu hakimi, qadınlarda isə iki referi və dörd laysmanın adı salınıb.

Hakim: Əliyar Ağayev, Rəhim Həsənov, Orxan Məmmədov

Hakim köməkçisi: Yaşar Abbasov, Zeynal Zeynalov, Namiq Hüseynov, Mübariz Haşimov, Vaqif Musayev, Rza Məmmədov

Futzal üzrə FİFA referisi: Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov, Fərid İslamov

Çimərlik futbolu üzrə FİFA referiləri: Əfqan Həmzəyev, İnqilab Məmmədov, Sədaqət Vəliyeva

Qadın FİFA referiləri: Səbayel Qurbanova, Yuliya Qurbanova

Qadın FİFA referi köməkçiləri: Gülyana Güvəndiyeva, Xəyalə Əzizzadə, Aybəniz Əsgərzadə, Lamiyyə Sadıqova.

Şərhlər