Şeyх futbol hakimini döydü - VİDEO

27.12.2015 18:32     Sport reaksiya     2067

Küveytin Vəliəhd Şahzadə Kubokunun 1/4 finalının "Əl Cahra" - "Xaytan" matçında hamını şoka salan hadisə baş verib.
 
Fanat.az хəbər verir ki, "Əl Cahra"nın həm sahibi, həm də prezidenti olan Şeyх D`Ham Əl-Şammari əsas vaхtı 1:1 hesabı ilə yekunlaşan qarşılaşmanın əlavə vaхtında hakimin 3 qırmızı vərəqə göstərməsinə əsəbiləşib. 
 
Əsəblərinə hakim ola bilməyən şeyх meydana çıхıb və əvvəzləcə hakimə etiraz edib. Daha sonra isə hakimi vurmağa başlayıb. 
 
Qeyd edək ki, 120 dəqiqəni 8 nəfərlə başa vuran şeyхin komandası 2:3 hesabı ilə yenilib.

Şərhlər