2015-ci ilin ən yaxşı futbolçusu bəlli olub

28.12.2015 10:55     Sport reaksiya     2162

Birləşmiş Ərəb Əmirliklərində Avropa Klublar Assosiasiyasının (ECA) versiyasına əsasən 2015-ci ilin ən yaxşı futbolçularının mükafatlandırılma mərasimi keçirilib. "Reaksiya" xəbər verir ki, tədbirdə bir neçə nominasiyada qaliblər müəyyənləşib.

İlin futbolçusu: Lionel Messi (“Barselona”)

İlin baş məşqçisi: Mark Vilmots (Belçika millisi)

İlin klubu: “Barselona” (İspaniya)

İlin agenti: Jorje Mendeş

İlin hakimi: Ravşan İrmatov (Özbəkistan)

İlin klub prezidenti: Xosep Bartameu

İlin futbol akademiyası: “Benfika”

Qeyd edək ki, görkəmli karyeraya görə təyin olunan xüsusi mükafat bu mövsüm Amerika Liqasına üz tutan iki veteran futbolçuya – “Nyu York Siti”nin üzvləri Andrea Pirlo və Frenk Lemparda verilib.

Şərhlər