“Qızıl top” Messiyə verilməlidir” - Ronaldo

29.12.2015 11:03     Sport reaksiya     2193

Əfsanəvi futbolçu, Braziliya yığmasının sabiq üzvü Ronaldo maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.

"Reaksiya" Apasport.az-a istinadən xəbər verir ki, Lionel Messi və Kriştianu Ronaldonu müqayisə edən “fenomen” “Qızıl top” mükafatına layiq hesab etdiyi oyunçunun adını açıqlayıb.

O bildirib ki, adaşı güclü futbolçu olsa da, Messidən geri qalır: “Lionel Kriştianudan parlaq oyun nümayiş etdirir. Messinin çıxışı tamdı və əminəm ki, “Qızıl top” mükafatı bu il ona qismət olacaq. Mənim seçimim Leodu. “Qızıl top” Messiyə verilməlidir. Onun oyununu daha çox bəyənirəm. Messi meydanda maksimum dərəcədə effektli çıxış göstərir”.

Qeyd edək ki, “fenomen” karyerası ərzində 3 dəfə dünyanın ən yaxşı oyunçusu seçilib.  

Şərhlər

Çox oxunanlar