AFFA məşqçi ilə bağlı qərarını dəyişdi

29.12.2015 14:48     Sport reaksiya     2129

AFFA-nın İntizam Komitəsi Azərbaycan I divizionunda mübarizə aparan "Ağsu" klubunun məşqçisi Arif Rizvanovla bağlı verdiyi qərarda dəyişiklik edib.
 
"Reaksiya" Qol.Az-a istinadən xəbər verir ki, Rizvanovun cəzalanmasına səbəb oyun protokolunda yalnışlığın olmasıdır.
 
Komitənin dekabrın 22-dəki qərarına əsasən "Qaradağ Lökbatan" – "Ağsu" matçında meydan sahiblərinin məşqçisi Arif Rizvanov texniki zona qaydaların pozduğuna görə 1 oyunluq cəzalandırılıb. Lakin oyunun protokoluna səhvən "Qaradağ Lökbatan"ın məşqçisi Araz Əliyevin əvəzinə "Ağsu"nun məşqçisi Arif Rizvanovun adı qeyd olunub. Daxil olan yeni faktlara və hakimin raportuna əsasən İntizam Komitəsi bu məsələyə yenidən qayıdaraq qərarda dəyişiklik edib.
 
Qərara əsasən, I divizionun XIII turunun "Qaradağ Lökbatan" – "Ağsu" matçının 90-cı dəqiqəsində meydan sahiblərinin məşqçisi Araz Əliyev texniki zona qaydalarını pozduğu üçün texniki zonadan kənarlaşdırılıb. Nəticədə məşqçi 1 oyunluq cəzalanıb və klubu 100 manat cərimələnib.

Şərhlər

Çox oxunanlar