Məşhur futbolçu karyerasını başa vurur

02.01.2016 13:41     Sport reaksiya     2103

“Liverpul”un keçmiş yarımmüdafiəçisi, hazırda isə “Los-Anceles Qalaksi” klubunda forma geyinən Stiven Cerrard bu il karyerasını başa çatdıra bilər.

"Reaksiya" Trend-ə istinadən xəbər verir ki, o, yenidən “Liverpul”a qayıdaraq klubda məşqçi və ya başqa vəzifə tuta bilər.

İngiltərəli futbolçu bildirib: “100 faiz əmin olmasam da, çox güman, bu il karyeramda sonuncu il olacaq”.

2016-cı ilin noyabr-dekabr aylarında sərbəst olacağını deyən S.Cerrard əlavə edib ki, bu vaxtdadək məşqçi lisenziyası ala biləcək.

Şərhlər