Əfsanəvi futbolçu "Real"ın baş məşqçisi oldu

05.01.2016 11:33     Sport reaksiya     2016

“Real” Madrid futbol klubunun yeni baş məşqçisi əfsanəvi futbolçu Zinəddin Zidan seçilib.

"Reaksiya" xəbər verir ki, qərar ötən gün verilib. Klubun əvvəlki baş məşqçisi Rafael Benites isə öz vəzifəsindən istefa verib.

“Qol.az”ın xəbərinə görə, təyinatına münasibət bildirən Zidan bunları bildirib: "Mənim üçün çox önəmli bir gündür. Bu klub üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Oyunçu olaraq bu kluba ayaq basdığım ilk gündən "Real"ın böyük komanda olduğunu bilirəm. Dünyanın ən yaxşı azarkeşi və komandasına sahibik. Qələbələr qazanmaq üçün ürəyimi qoyacam". 

Şərhlər