Zidanın "Real"da qazanacağı məbləğ açıqlandı

06.01.2016 15:09     Sport reaksiya     2182

Madrid "Real"ına baş məşqçi təyin olunan Zinəddin Zidanın illik əməkhaqqısı 2,5 milyon avro olacaq.

"Reaksiya" Trend-ə istinadən xəbər verir ki, Z.Zidanın maaşının komandada ən az məvaciblərdən biri olacağı bildirilir.

Qeyd edək ki, 43 yaşlı fransalı mütəxəssis Rafael Benitesin istefaya göndərilməsindən sonra yanvarın 4-də bu posta gətirilib.

Z.Zidanın İspaniya klubu ilə müqaviləsi 2018-ci ilədək qüvvədə olacaq.

Şərhlər