Arda "Barselona"dakı ilk matçından danışdı

07.01.2016 10:32     Sport reaksiya     2072

"Təbii ki, ilk oyunlarda müəyyən həyəcan olur. Ancaq çox rahat idim. Matça yaxşı hazırlaşmışdım. Oyun da maraqlı keçdi. Özümü çox yaxşı hiss edirəm".

"Reaksiya" qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Barselona"da ilk rəsmi matçına çıxan komandanın yarımmüdafiəçisi Arda Turan deyib.

İspaniya Kubokunun 1/8 final mərhələsinin "Espanyol"la ilk matçında (4:1) debüt edən türkiyəli futbolçu ilk rəsmi görüşündə qələbə qazandığı üçün xoşbəxt olduğunu bildirib: ""Barselona"da dünyanın ən yaxşı futbolçuları çıxış edirlər. Belə olanda sən də bir şeylər göstərmək istəyirsən. Bu mənada ilk görüşümdə qalib gəlmək önəmli idi. Hesabda geri düşsək də, sonda qələbə qazandığımız üçün çox xoşbəxtəm. Messi ilə aramızdakı dialoqa gəlincə, onunla zarafatım var. Qoldan sonra da qulağıma zarafatla bir şeylər dedi. Nə söylədiyi isə məndə qalsın".

Qeyd edək ki, FİFA-nın "Barselona"ya tətbiq etdiyi transfer qadağasının aradan qaldırılmasından sonra Kataloniya təmsilçisində debüt edən Arda "Espanyol"la matçda 68 dəqiqə oynayıb.

 

Şərhlər

Çox oxunanlar