Azərbaycan dünya çempionatını keçirməyə namizəd oldu

07.01.2016 11:04     Sport reaksiya     1925

Azərbaycan Cüdo Federasiyası dünya çempionatına Bakının namizədliyini irəli sürüb.

"Reaksiya" report-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer "twitter" hesabı vasitəsilə müsahibəsində bildirib.

Rumıniyalı funksioner bildirib ki, 5 şəhər 2018 və ya 2019-cu il dünya çempionatlarını keçirmək üçün ərizə verib. Bunlar Paris (Fransa), Tokio (Yaponiya), Kazan (Rusiya), Qahirə (Misir) və Bakıdır. Onun fikrincə, namizədlər siyahısına Hyustonun da əlavə olunacağı güman olunub.

Qeyd edək ki, indiyədək Azərbaycanda cüdo üzrə dünya çempionatı keçirilməyib. Əvəzində qitə çempionatı "Bakı 2015" I Avropa Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil olunub. 

Şərhlər

Çox oxunanlar