Məşhur azərbaycanlı boksçu xərçəngə tutuldu

12.01.2016 17:04     Sport reaksiya     2003

ABŞ-da yaşayan məşhur azərbaycanlı boksçu "Emil Baku" ağır xəstəliyə tutulub.

“Reaksiya” baku.ws saytına istinadən xəbər verir ki, məşhur idmançı beyin şişi xəstəliyindən əziyyət çəkir.

Həmyerlimiz boks dünyasında kifayət qədər tanınan idmançılardan biri olub. Emil 90-cı illərdə ABŞ-da peşəkar idman karyerasını uğurla davam etdirib. 

"Emil Baku" adı altında uğurlar qazanan həmyerlimiz indi beynində yaranan xərçənglə mübarizə aparır. Bunun öhdəsindən gəlməsi üçün dəstəyə ehtiyacı var.

Şərhlər