Robert Karlos “Real”a dönür

13.01.2016 11:04     Sport reaksiya     2420

Hazırda Hindistan çempionatında çıxış edən "Dehli Dinamos”u çalışdıran Roberto Karlos məşqçi karyerasını sabiq komandası "Real”da davam etdirməyə çox yaxındır.

"Reaksiya" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İspaniya mətbuatına açıqlamasında 42 yaşlı mütəxəssisin özü məlumat verib.

O, "Real”da işləməyin şərəfli iş olduğunu bildirib: "Real”da işləmək mənim üçün böyük şərəf olar. Madrid klubu ilə danışıqlar aparmışam. Vaxtım var. Cümə günü qərarımı açıqlayacağam”.

Qeyd edək ki, Karlosun "Real”da İdman Direktoru olacağı gözlənilir. 

Şərhlər

Çox oxunanlar