“İnter”də ixtisarlar başladı

13.01.2016 14:40     Sport reaksiya     2141

Qış fasiləsində yeni prezidentinə qovuşan “İnter”də struktur dəyişikliyi davam edir.

"Reaksiya"  futbolinfo.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisində bəzi ixtisarlar olub.

Klubdan verilən məlumata görə, fəaliyyətin optimallaşdırılması məqsədilə heyətdə ixtisarlar aparılıb. İşdən çıxarılan şəxslərə qanuna uyğun olaraq, kompensasiyalar ödəniləcək. İxtisarlar bütün departamentlər üzrə baş tutub. Vəzifəsindən kənarlaşdırılan şəxslərdən biri də klubun vitse-prezidenti Müzəffər Novruzəliyevdi. Ümumiyyətlə, “İnter”də vitse-prezident vəzifəsi ləğv olunub.

Qeyd edək ki, daha öncə də komandanın Uşaq-Gənclər Futbol Məktəbinin inkişafı üzrə layihə rəhbəri Valentin Xodukinlə yollar ayrılmışdı.

Şərhlər