Almeydanın yeni komandası bəlli oldu

16.01.2016 12:17     Sport reaksiya     2199

"Beşiktaş"ın sabiq futbolçusu Üqo Almeydanın yeni komandası müəyyənləşib.
 
"Reaksiya" Qol.Az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
 
Son olaraq Rusiyanın "Anji" klubunda çıxış edən 31 yaşlı futbolçu "Hamburq"la 2017-ci ilin iyun ayına qədər müqavilə imzalayıb.
 
Qeyd edək ki, Almeyda karyerası ərzində "Portu", "Verder", "Beşiktaş" və "Çezena" kimi klubları oynayıb.

Şərhlər