Azərbaycanın “Formula 1”ə xərcləyəcəyi məbləğ açıqlandı

25.01.2016 20:51     Sport reaksiya     2776

2016-cı ildən 2018-ci ilədək keçiriləcək 3 yarışa görə.

İtaliyalı avtoklubun rəhbəri Stiççi Damiani Azərbaycanın Bakıda keçiriləcək “Formula 1” mərhələsinə xərcləyəcəyi məbləği açıqlayıb.

"Reaksiya"nın Autoweek-ə istinadən məlumatına görə, Damiani bəyan edib ki, ölkəmiz “F1” rəhbəri Berni Ekklstouna 2016-cı ildən 2018-ci ilədək keçiriləcək 3 yarışa görə 150 milyon dollar ödəyəcək.

Damiani həmçinin bildirib ki, Ekklsoun İtaliyada keçiriləcək Qran-Pri-yə görə ildə 28 milyon dollar istəyir, lakin İtaliya yalnız 20 milyon dollar ödəməyə hazırdır.

Şərhlər